Allahşükür Paşazadə: "Din pərdəsi altında terror törətmək heç nəyə sığmır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə: "Din pərdəsi altında terror törətmək heç nəyə sığmır”

18:43 - 10 / 12 / 2016
Allahşükür Paşazadə: "Din pərdəsi altında terror törətmək heç nəyə sığmır”

"Azərbaycanı gözü götürməyən qüvvələr var. Bu qüvvələr dindən istifadə edib dinə qarşı gedənlərdi". 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"İslam dini sülh dini ola-ola din pərdəsi altında terror hadisəsi törətmək heç bir şeyə sığmır. Necə ki, sərhədçinin işi sərhədi qorumaqdır, bizim də işimiz belə qüvvələrə qarşı mübarizə aparmaqdır. Xüsusən təbliğat işi aparıb gənclərimizi Vətəni, İslamı qorumağa sövq etməliyik. Bəzi adamlar gözləyir ki, fətva verilsin. Hamı öz boynuna düşəni qərar olmadan etməlidir" - deyə QMİ sədri qeyd edib.

APA

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər