Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb

13:18 - 12 / 12 / 2016
Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb

Paytaxtda yeni doğulmuş körpə zibilliyə atılıb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb.

Belə ki, binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Daha sonra o, "Təcili yardım" maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o bir-günlükdür. Hazırda körpə instutun reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər