Tarif Şurasında ölkədə dərman vasitələri bazarının tənzimlənməsi ilə bağlı görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarif Şurasında ölkədə dərman vasitələri bazarının tənzimlənməsi ilə bağlı görüş keçirilib

21:31 - 12 / 12 / 2016
Tarif Şurasında ölkədə dərman vasitələri bazarının tənzimlənməsi ilə bağlı görüş keçirilib

Tarif Şurasında Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə ölkədə dərman vasitələri bazarının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı görüş keçirilib.

Tarif Şurasından 1news.az-a verilən məlumata görə, görüşdə “AmCham” tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı görülmüş işlərin təqdirəlayiq olduğu vurğulanıb, eyni zamanda bu sahədə həyata keçirilən tədbirlərin dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının və baş verə biləcək neqativ halların qarşısının alınmasına imkan yaratdığı qeyd olunub.

Həmçinin, məlumat verilib ki, quruma üzv olan şirkətlər arasında Azərbaycanda fəaliyyət göstərən bir sıra dərman vasitələri istehsalçıları da təmsil olunur və bu sahədə mövcud vəziyyət, tətbiq olunan yeniliklər periodik görüşlər zamanı müzakirə edilir.

Öz növbəsində, Tarif Şurasının Katibliyi tərəfindən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı Palata nümayəndələrini maraqlandıran suallara ətraflı cavablar verilib, səmərəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

1news.az

Paylaş:
509

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər