Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası olacaq
Xəzərin hüquqi statusuna dair işçi qrupunun növbəti görüşü gələn ilin yanvar ayında Aşqabadda olacaq.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, görüşdə Xəzərin hüquq statusuna dair danışıqlarla yanaşı, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astanada keçiriləcək növbəti toplantısına hazırlıq mələləri də müzakirə olunacaq.
X. Xələfov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar mütəmadi olaraq aparılır:
“İşçi qrupu çərçivəsində görüşlər keçirilir. İşçi qrupunun yanvarın əvvəllərində Aşqabadda keçiriləcək görüşündə müzakiər olunacaq əsas məsələ növbəti sammitin keçirilməsidir. Bütün bu tədbirlər ona yönəlib ki, növbəti sammitdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul olunsun”.
Elşən Rüstəmov