Eksternat qaydasında imtahan keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Eksternat qaydasında imtahan keçiriləcək

17:46 - 13 / 12 / 2016
Eksternat qaydasında imtahan keçiriləcək

Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün 2017-ci ilin yanvarında eksternat qaydasında imtahan keçiriləcək.

1news.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən təsdiq edilmiş “2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumi təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”na əsasən, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) üzrə birinci mərhələsinin keçirilməsi təmin ediləcək. 

Bu məqsədlə eksternat qaydada ümumi orta təhsil haqqında sənəd almaq istəyən şəxslərin məlumatlarının fərdi identifikasiya nömrəsi (FİN) əsasında 15 yanvar 2017-ci il tarixinədək “Şagird-məzun” sisteminə daxil edilməsi nəzərdə tutulub.

Ümumi orta təhsil kursu üzrə eksternat qaydada imtahanlarda iştirak etmək üçün 16 yaşı tamam olmuş şəxslərin ərizə qəbulu 19-30 dekabr tarixlərində hər həftənin I-V günləri saat 9:00-dan 18:00-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər: 

1. Təhsil aldığı sonuncu məktəbdən arayış;

2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

3.  3x4 ölçüdə 2 ədəd fotoşəkil;                                                              

4. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər hərbi biletin və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənədin notarial qaydada təsdiq edilmiş surəti.

Tam orta təhsil səviyyəsi üzrə (XI sinif) eksternat qaydasında imtahanların tarixi haqqında əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
1007

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər