Parisdə 130 nəfərin həyatına son qoymuş İŞİD komandirləri məhv edildi | 1news.az | Xəbərlər
Dünya

Parisdə 130 nəfərin həyatına son qoymuş İŞİD komandirləri məhv edildi

20:59 - 13 / 12 / 2016
Parisdə 130 nəfərin həyatına son qoymuş İŞİD komandirləri məhv edildi

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya endirdiyi aviazərbə nəticəsində İŞİD terror qruplaşmasının üç komandiri məhv edilib. Öldürülən terrorçulardan ikisi Sahal Qurmat və Sami Cedu ötən ilin noyabrın 13-də Parisdə törədilən terror aktları ilə birbaşa əlaqəli olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Eşton Karter bildirib.

Məlumata görə, əməliyyat Rəqqa şəhəri yaxınlığında keçirilib. Üçüncü məhv edilmiş terrorçu Valid Həmmam Belçikada 2015-ci ildə qarşısı alınmış terror aktının təşkilatçısı olub.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 13-də törədilən terror aktları nəticəsində 130 nəfər ölüb, 350 nəfər yaralanıb.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər