İstanbuldakı terror aktından sonra 568 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

İstanbuldakı terror aktından sonra 568 nəfər saxlanılıb

23:00 - 13 / 12 / 2016
İstanbuldakı terror aktından sonra 568 nəfər saxlanılıb

Dekabrın 12-13-də keçirilmiş xüsusi əməliyyat nəticəsində, Türkiyə polisi PKK ilə əməkdaşlıqda şübhəli bilinən 568 nəfəri saxlayıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, əməliyyatlar Ankara, İstanbul, Gaziantep, İzmir, Adana, Antalya, Diyarbəkir də daxil olmaqla Türkiyənin 28 şəhər və əyalətində keçirilib.

Qeyd edək ki, dekabrın 10-da İstanbulun mərkəzində, futbol stadionunda iki güclü partlayış baş verib. Hadisədə 38-i polis olmaqla 44 nəfər ölüb. Hakimiyyət orqanları teraktı təşkil etməkdə PKK-nı ittiham edib.

1news.az

Paylaş:
910

Son xəbərlər

Bütün xəbərlər