Şou-biznes nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq – SIYAHI
Toylarda və digər mərasimlərə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub.
Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyəcəklər:
Faəliyyət növü |
Aylıq məbləğ (AZN) |
Toylarda və digər mərasimlərdə iştirak edən müğənnilər, aparıcılar, rəqqaslar, aşıqlar, parodiyaçılar və digər oxşar peşə nümayəndələri |
30 |
Foto və video çəkilişləri, eləcə də audio yazı sahəsində fərdi fəaliyyət (fotostudiyalar istisna olmaqla) |
30 |
Pinəçilər və sənətkarlar |
5 |
Televizor, soyuducu və digər məişət əşyalarının təmiri |
10 |
Fərdi evlərdə xidmətçilər, ev təsərrüfatında təmizlik fəaliyyəti, xəstələrə, qocalara və uşaqlara qulluq, fərdi sürücü, bağban, aşpaz və digər oxşar peşələr |
10 |
Emalatxana işləri |
20 |
Yuxarıda qeyd olunan şəxslər üçün sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq:
- Bakı (kənd və qəsəbələr daxil olmaqla) - 2
- Gəncə, Sumqayıt, Xirdalan - 1,5
- Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan - 1
- Digər şəhər və rayonlar - 0,5
1news.az