Sürücülər cərimədən yayına bilməyəcək - Parklanmada yeni QAYDA | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülər cərimədən yayına bilməyəcək - Parklanmada yeni QAYDA

16:01 - 14 / 12 / 2016
Sürücülər cərimədən yayına bilməyəcək - Parklanmada yeni QAYDA

Azərbaycanda avtomobillərin yeni parklanma qaydaları tətbiq ediləcək.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir.

Yeni maddəyə əsasən, bütün parkomatlardakı foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin texniki vasitələrlə avtomobillərin parklanma müddəti, parklanmaya görə aparılmış və ya aparılmamış ödənişlər, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan avtomobillər haqqında məlumatlar real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürüləcək.

İnzibati xəta törədilən zaman isə həmin avtomobil barəsində məlumatlar mərkəzi informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizliyinə nəzarət edən əməkdaşlarına ötürüləcək və avtomobilin ən yaxın mühafizə olunan duracağa aparılması təmin ediləcək.

İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi inzibati cəriməni və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsi və orada saxlanması üçün haqqı həmin yerdə bank və ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda nəqliyyat vasitəsi onun istifadəçisinə dərhal qaytarılır.

1news.az

Paylaş:
832

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər