Şamaxı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şamaxı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

23:02 - 14 / 12 / 2016
Şamaxı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Mədrəsə qəsəbəsində işgüzar forum keçirib.

1news.az-ın məlumatına görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının yaradılması;

- pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

1news.az

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər