“İki ildən sonra XI siniflər üçün buraxılış imtahanının qaydaları dəyişəcək” - Məleykə Abbaszadə | 1news.az | Xəbərlər
Cəmiyyət

“İki ildən sonra XI siniflər üçün buraxılış imtahanının qaydaları dəyişəcək” - Məleykə Abbaszadə

12:31 - 14 / 12 / 2016
“İki ildən sonra XI siniflər üçün buraxılış imtahanının qaydaları dəyişəcək” - Məleykə Abbaszadə

“Bu il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydalar əsasında aparılacaq. XI siniflər üzrə buraxılış imtahanlarında isə heç bir dəyişiklik edilməyib”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, XI sinfin buraxılış imtahanları ötənilki modelə əsasən aparılacaq. Onun sözlərinə görə, XI sinifdə buraxılış imtahanı verən şagirdlər qəbul imtahanında iştirak etmədən V qrup üzrə orta ixtisas təhsili müəssisələrinə, o cümlədən qabiliyyət tələb edən ixtisasları seçə biləcəklər:

“Gələn il də buraxılış imtahanında dəyişiklik olmayacaq. Amma iki ildən sonra XI sinfi bitirənlər yeni qaydalarla imtahan verəcəklər. Bu dəyişiklik hazırda 10-cu sinif şagirdlərinin kurikulumla oxuması ilə əlaqədardır. O zaman qaydalar dəyişəcək. Dəyişikliklərin hansı formada olacağını indidən demək çətindir”.

1news.az

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər