Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq

13:13 - 15 / 12 / 2016
Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 16-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti,  Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  80-90 faiz  təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 16-da bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

1news.az

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər