Vüqar Bayramov: FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır

13:57 - 15 / 12 / 2016
Vüqar Bayramov: FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır

Son 10 ildə ikinci artımları şərtləndirən FES qərarı elan edildikdə sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya verdi.

1news.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırmasını şərh edərkən deyib.

Xatırladaq ki, FES uçot dərəcəsinin 0,25 faiz artırılması barədə qərar qəbul edib. Bununla da FES uçot dərəcəsini 0,5 faizdən 0,75 faizə qaldırıb.

V.Bayramov bildirib ki, məlum qərardan sonra dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1.048-dək ucuzlaşıb. İngilis pul vahidinin də dollara nisbətən dəyər itirməsi müşahidə edilməkdədir:

“Neft daxil olmaqla strateji əmtəə bazarı da qərara reaksiya verməkdədir. Artıq WTI markalı neftin 1 barelinin qiyməti 51 dollardan aşağı təklif edilir”.

Ekspert FES-in qərarının Azərbaycana göstərəcəyi mümkün təsirlərdən də danışıb. Bildirib ki, əksər inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün FES-in uçot stavkasını artırması və xüsusən də möhkəm dollar iqtisadi baxımdan arzuolunan deyil:

“FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır. Əslində, oxşar qərarlar əvvəllər manata psixoloji təzyiqlər formalaşdırırdısa, indi dollara olan tələbin yüksək olması səbəbindən iqtisadi təzyiqlər də müşahidə edilməkdədir. Dekabr ayında dollar tələbinin artması və bazar təklifinin azalması fonunda ABŞ-da uçot stavkasının artırılması milli valyutamıza əlavə təzyiq yaradır. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı bütün senarilərə hazır olmalıdır.

Təbii ki, Mərkəzi Bankı bu senariyə necə hazırlaşdığını yaxın günlərdə müşahidə edə biləcəyik. Xüsusən də, bu gün valyuta hərracının keçirildiyini nəzərə aldıqda ilkin reaksiyaları müşahidə və eləcə də hazırlığı etmək mükün olacaq. Bütövlükdə, əgər Mərkəzi Bank daha çevik alətlərdən istifadə edib valyuta bazarındakı psixoloji təzyiqləri aradan qaldırmazsa, manatın ucuzlaşması prosesi daha sürətlənə bilər”.

V.Bayramovun sözlərinə görə, qlobal neft bazarı da FES-in qərarına reaskiya verdiyi üçün bu dövlət gəlirlərimizə də təsirsiz ötüşmür:

“Möhkəm dollar strateji məhsulların qiymətindəki artım faizinə mənfi təsir göstərir və artıq sözügedən bazardakı qiymət azalmaları da bundan xəbər verir. Dolların bahalaşması fonunda ABŞ neft ehtiyatlarını və eləcə də bazara çıxartdığı neftin həcmini artırarsa, o zaman “qara qızıl”ın qiymətində daha kəksin azalmalar istisna edilmir. Bu isə OPEK-in son cəhdləri fonunda da neft ölkələrinin bazarda uyğun qiymət tarazlığı tapmasına imkan verməyəcək. Bütövlükdə, FES-in son qərarından sonra neftin qiymətinin necə dəyişməsi birbaşa Amerikanın mövqeyindən asılı olacaq. Söhbət isə sadəcə ABŞ-dan deyil, eyni zamanda Kanadanın hasilatından gedir”.

Ekspert FES-in son qərarından sonra Mərkəzi Bankın liberal məzənnə siyasətinə keçidi sürətləndirəcəyini ehtimal edir:

“FES gələn il də uçot stavkasını artıracağını bildirib. Deməli, son qərar və bəyanatlar fonunda Azərbaycan Mərkəzi Bankının liberal məzənnə siyasətinə keçidi sürətləndirəcəyi gözlənilir. Artıq Mərkəzi Bankın manevr imkanları məhdudlaşmaqdadır və bu baxımdan baş bankın sözün həqiqi mənasında meydanı valyuta bazarına təhvil verəcəyi gözləniləndir. Beləcə, FES-in uçot stavkasını artırması Azərbaycanda da dollara tələbi daha da artırmaqla manata təzyiqi gücləndirəcək. Deməli, ilin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq”.

1news.az

Paylaş:
826

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər