Astarada yanan evdə 85 yaşlı qadının meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada yanan evdə 85 yaşlı qadının meyiti tapılıb

09:32 - 15 / 12 / 2016
Astarada yanan evdə 85 yaşlı qadının meyiti tapılıb

Astara rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Astara rayonu, Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

 

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər