Bu il Azərbaycanda hasil olunan neft və qazın həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il Azərbaycanda hasil olunan neft və qazın həcmi açıqlanıb

21:43 - 15 / 12 / 2016
Bu il Azərbaycanda hasil olunan neft və qazın həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 milyon 717,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 26 milyard 891,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 17 milyard 24,8 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 11 ayda ölkədə neft hasilatı 1,5 faiz, qaz hasilatı isə 4,9 faiz azalıb. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 18,8 milyard manat olmaqla 2015-ci ilin müvafiq dövrünə nisbətdə 0,8 faiz azalıb.

1news.az

 

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər