FED-in qərarından sonra Azərbaycan nefti ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

FED-in qərarından sonra Azərbaycan nefti ucuzlaşıb

09:54 - 15 / 12 / 2016
FED-in qərarından sonra Azərbaycan nefti ucuzlaşıb

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdikdən sonra dünya bazarında neftin qiymətində fərqli göstəricilər qeydə alınıb.

 

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,08 faiz azalaraq 51,00 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 0,13 faiz artaraq 53,97 dollar olub.

 

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75% artırıb.

 

Azərbaycan neftinin qiymətində də azalma müşahidə olunur. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,5 dollar və ya 0,88% azalaraq 56,17 dollar təşkil edib.

 

1news.az

 

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər