Azərbaycan nefti ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

12:24 - 16 / 12 / 2016
Azərbaycan nefti ucuzlaşıb

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,26 artaraq 54,28 dollar olub.          

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,33 dollar artaraq 51,23 dollar təşkil edib.

Azərbaycan nefti isə ucuzlaşmaqdadır. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,52 dollar və ya 2,71% azalaraq 54,65 dollar təşkil edib.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər