Milli Məclis 2017-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədləri qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Milli Məclis 2017-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədləri qəbul edib

12:56 - 16 / 12 / 2016
Milli Məclis 2017-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədləri qəbul edib

“2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib:

“Büdcə müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı bəzi məsələlərə yalnız bir il ərzində deyil, bir neçə il ərzində baxılması lazım gəlir. Millət vəkillərinin mədəniyyət sahəsinə xərclərin artırılması ilə bağlı təklifi nəzərə alınaraq mədəniyyət sahəsinə əlavə olaraq 3 milyon manat vəsait ayrılıb. Bundan başqa, Milli Məclisin saxlanma xərcləri 850 min manat artırılıb. Gənclər Fondunun vəsaitinin cari il səviyyədə saxlanılmasına qərar verilib. Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır, büdcədə ayrılmış vəsaitdən əlavə məbləğin ayrılması məqsədəuyğun deyil. Büdcənin yığcamlaşdırılmasını nəzərə alıb Fonda vəsaitlərin eyni səviyyədə saxlanılmasını ciddi problem kimi qiymətləndirmirik”.

Nazir əlavə edib ki, artan xərclərlə əlaqədar 2017-ci ilin dövlət büdcəsinin 2, 8 və 16-cı maddələrində dəyişiklik ediləcək: “Bu maddələr gəlirlərin və xərclərin formalaşmasına aid olan maddələrdir. Millət vəkillərinin digər təkliflərinə gəlincə, bu məsələlərə mərhələli şəkildə baxılacaq".

Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 903 mln. 850 min manat məbləğində təsdiq edilib.

Sonda büdcə zərfinə daxil olan sənədlər səsə qoyulub və qəbul edilib.

1news.az

Paylaş:
453

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər