MEK-in hədiyyə kitab aksiyası davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

MEK-in hədiyyə kitab aksiyası davam edir

12:54 - 14 / 02 / 2017
MEK-in hədiyyə kitab aksiyası davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) kitab hədiyyə aksiyası davam edir.

MEK-dən 1news.az-a verilən məlumata görə, kitabxana öz mübadilə fondundan Bakı Slavyan Universitetinə və Azərbaycan Milli Konservatoriyasına öz seçimlərinə uyğun olaraq kitablar hədiyyə edib.

Xatırladaq ki, MEK yeni ənənənin tətbiqinə 2016-cı ilin may ayından başlayaraq, hədiyyə olunan kitabların seçimini müəssisələrin öz ixtiyarına verib. Seçim kitabxananın www.mek.az saytında Elanlar bölməsində yerləşdirilmiş siyahıdan aparıla bilər.

Kitabları əldə etmək istəyən müəssisələr Mərkəzi Elmi Kitabxanaya qeyd olunan nəşrlərin adlarının və sətir nömrələrinin yazıldığı məktubla müraciət edə bilərlər.

1news.az

Paylaş:
928

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər