“Bakı Metropoliteni” sərnişindaşımanı 8% artırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Metropoliteni” sərnişindaşımanı 8% artırıb

20:28 - 17 / 02 / 2017
“Bakı Metropoliteni” sərnişindaşımanı 8% artırıb

2017-ci ilin yanvar ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 16,7 milyon ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, yüklərin 3,8 faizi dəniz, 7,7 faizi dəmir yolu, 0,1 faizi hava, 57,1 faizi avtomobil nəqliyyatı, 31,3 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 5,1 faiz artaraq 12,1 milyon ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 77,1 faiz təşkil edib.

2017-ci ilin yanvar ayında nəqliyyatçılar 141,4 milyon nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87 faizi avtomobil nəqliyyatı, 12,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar ayı ərzində 1,3 milyon ton yük, 164,8 min sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 20,7 faiz, sərnişin daşınmasında isə 14,2 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 358 vaqon yüklənib, 452 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,7 min ton, Qərb istiqaməti üzrə 4,8 min ton, Cənub istiqaməti üzrə isə 1,6 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 641,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 51,3 faiz artıb. Yüklərin 38,9 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 894,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 842,3 min tonunu və ya 94,1 faizini tranzit yüklər təşkil edib. 2017-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 32,9 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 20 faiz artaraq 1,2 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,5 milyon ton yük, 122,9 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 1,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,5 faizi avtobus, 3,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,9 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8 faiz artaraq 18,1 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 146,7 min və ya 28 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 22,1 faiz artaraq 13,8 min tona çatıb.

1news.az

Paylaş:
577

Son xəbərlər

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib12 / 11 / 2024, 18:40Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib12 / 11 / 2024, 18:02Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb12 / 11 / 2024, 17:43Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ12 / 11 / 2024, 17:27Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 17:25Alparslan Bayraktar: “Türkiyə, külək və günəş enerjisində quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir”12 / 11 / 2024, 17:14Azərbaycan və Polşa Prezidentləri arasında görüş keçirilib - FOTO12 / 11 / 2024, 17:06Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib12 / 11 / 2024, 16:59Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:59Prezidentin ailəsi COP29-da - FOTO12 / 11 / 2024, 16:45ADY sərnişinlərə müraciət edib12 / 11 / 2024, 16:37Əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 11 / 2024, 16:21Prezident İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:08İlham Əliyev Qana Prezidenti ilə görüşüb12 / 11 / 2024, 15:44Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb12 / 11 / 2024, 15:22İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb12 / 11 / 2024, 14:34XİN Konstitusiya Günü münasibətilə paylaşım edib12 / 11 / 2024, 14:16Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib12 / 11 / 2024, 14:01Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb12 / 11 / 2024, 13:41İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb12 / 11 / 2024, 13:23
Bütün xəbərlər