Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
1news.az dövlət başçısının saytımna istinadən xəbər verir ki, Türkiyə prezidenti xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Sonra Türkiyə prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb. Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
1news.az