Sabah hava necə olacaq? - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava necə olacaq? - Proqnoz

14:09 - 22 / 02 / 2017
Sabah hava necə olacaq? - Proqnoz

23 fevralda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 8-12, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Fevralın 23-dən 26-sı gündüzədək bəzi rayonlarda cənub-qərb, qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər