Azərbaycanda narkomanların sayı artıb - Statistika | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda narkomanların sayı artıb - Statistika

16:30 - 22 / 02 / 2017
Azərbaycanda narkomanların sayı artıb - Statistika

Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448 nəfər olub.

Yalnız 2016-cı ildə 2142 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə isə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2017 nəfər olub.

Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5, 18-24 yaşlı 1447, 25-29 yaşlı 4076, 30-34 yaşlı 4239, 35-39 yaşlı 4542, 40-44 yaşlı 3670, 45-49 yaşlı 3313, 50-54 yaşlı 2818, 55-59 yaşlı 2266, 60-64 yaşlı 1931, 65 yaşdan yuxarı isə 1142 nəfər narkotik istifadəçisi var.

Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) qeydiyyata alınmayıb.

1news.az

Paylaş:
983

Son xəbərlər

Bütün xəbərlər