Hüseyn Bağırov Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hüseyn Bağırov Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri ilə görüşüb – FOTO

18:44 - 22 / 02 / 2017
Hüseyn Bağırov  Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri ilə görüşüb – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüş zamanı bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması, meşələrin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Xorvatiya Respublikasının ətraf mühitin mühafizəsi və enerji naziri S.Dobroviç Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü Nazirlər iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

Xatırladaq  ki, “Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” 11 mart 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Xorvatiyaya  rəsmi səfəri zamanı imzalanıb.

1news.az

 

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər