Zabratda kafedə qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zabratda kafedə qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb

19:20 - 22 / 02 / 2017
Zabratda kafedə qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb

Zabrat qəsəbəsində 4 nəfərin yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 21-də saat 13:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindəki kafelərdən birində məişətdə istifadə edilən qaz balonunun nasazlığından baş vermiş ani partlayış nəticəsində kafedə dağıntı baş verib.

Orada işləyən 4 nəfər paytaxt sakini aldıqları yanıq xəsarəti ilə xəstəxana yerləşdirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

1news.az

 

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər