Mikayıl Cabbarov Ankarada Türkiyə Böyük Millət Məclisində və Ali Təhsil Şurasında görüşlər keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov Ankarada Türkiyə Böyük Millət Məclisində və Ali Təhsil Şurasında görüşlər keçirib – FOTO

19:39 - 22 / 02 / 2017
Mikayıl Cabbarov Ankarada Türkiyə Böyük Millət Məclisində və Ali Təhsil Şurasında görüşlər keçirib – FOTO

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanettin Uysal ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdən sonra M.Cabbarov Parlament binasının 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəsinə baş çəkib.

Daha sonra təhsil naziri M.Cabbarov Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

1news.az

 

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər