Bərdədə qaçırdığı avtomobillə qəza törədən 1-ci qrup əlil ölüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə qaçırdığı avtomobillə qəza törədən 1-ci qrup əlil ölüb - FOTO

12:26 - 22 / 02 / 2017
Bərdədə qaçırdığı avtomobillə qəza törədən 1-ci qrup əlil ölüb - FOTO

Bərdə rayonunda qaçırdığı avtomobillə qəza törədən 1-ci qrup əlil ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, Bərdə rayon sakini 21 yaşlı Nicat Məmmədzadə Bərdə Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, Nicat Məmmədzadə bir neçə gün əvvəl Bərdədə “Köhnə bazar” adlanan ərazidə yolun kənarında dayanmış, rayonun Əliyanlı sakini Fəxrəddin Musa oğluna məxsus 09 BM 430 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobili qaçıraraq qəza törədib. Sürət həddinin aşılması nəticəsində avtomobil ağaca çırpılıb, N. Məmmədzadə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

N. Məmmədzadənin anası Məlahət Məmmədova oğlunun anadangəlmə fiziki qüsurlu, serebral iflic xəstəsi, psixoloji problemlərinin olduğunu deyib.

1news.az

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər