Vəfat edən rəisin yerinə təyinat oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəfat edən rəisin yerinə təyinat oldu

12:40 - 22 / 02 / 2017
Vəfat edən rəisin yerinə təyinat oldu

Qazax rayonuna yeni polis rəisi təyin olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Ədalət Əliyev Qazax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Ə.Əliyev yeni vəzifəyə təyinat almamışdan əvvəl Bakının Nizami Rayon Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Qazaxın keçmiş polis rəisi, polis polkovniki Natiq Həsənov ötən ilin dekabr ayında əməliyyatdan sonra dünyasını dəyişmişdi.

1news.az

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər