Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir – FOTO

15:10 - 23 / 02 / 2017
Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir – FOTO

Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir” mövzusunda “dəyirmi masa” keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, diplomat və ekspertlərlə yanaşı, Türkiyə, Moldova və Gürcüstandan gəlmiş alim və mütəxəssislər, insan hüquqları müdafiəçiləri, eləcə də Xocalı sakinləri iştirak ediblər.

Tədbirdə ilk olaraq Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SAM-ın direktoru Fərhad Məmmədov tədbiri açaraq Xocalı soyqırımının insanlıq əleyhinə törədilən ən böyük cinayətlərdən biri olduğunu bildirib və qeyd edib ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Xocalı soyqırımının mahiyyəti açıqlanıb, 1994-cü ilin fevral ayında Milli Məclis bu cinayətə hüquqi-siyasi qiymət verib, onun beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyətə başlanıb.

Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il fevral ayının 26-sı “Xocalı soyqırımı günü” kimi qeyd olunur. Bu gün ölkə prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistanın işğalçılıq siyasəti, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması məqsədilə ardıcıl iş aparılır.

Bu faciənin təbliğat işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il dünyanın bir sıra ölkələrində silsilə tədbirlər təşkil olunur.

Xocalıdan öncə ermənilərin digər ərazilərdə də xalqımıza qarşı qırğınlar törətdiklərini deyən F.Məmmədov Xocalı soyqırımının bu qırğınların pik nöqtəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin səsləndirdiyi ziddiyyətli fikirlər də ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətini məqsədli şəkildə həyata keçirdiklərini sübut edir.

Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev ermənilərin həqiqətləri deməkdən qorxduqlarını bildirərək bu səbəbdən də onların Azərbaycanı müdafiə edən şəxslərə qarşı təzyiq göstərməyə, hətta təhqir etməyə çalışdıqlarını söyləyib.

Dünya ictimaiyyətinin Ermənistanı işğalçı kimi tanıdığını deyən səfirin sözlərinə görə, işğal faktı müvəqqətidir və nə vaxtsa ya hərbi, ya da sülh yolu ilə sona çatacaq.

Minsk qrupunun həmsədrlərini tənqid edən N.Əliyev onların fəaliyyətlərinin təmsil etdikləri dövlətlərin mövqeyi ilə üst-üstə düşmədiyini də vurğulayıb.

Ermənilərin tək Ermənistanda və Qarabağda deyil, qonşu ölkələrdə, o cümlədən Gürcüstanın Abxaziya, Acarıstan və Cavaxetiya ərazilərində monoetnik zonalar yaratmağa çalışdıqlarını deyən səfirin sözlərinə görə, bununla da onlar həmin ərazilərin işğalını həyata keçirməyi hədəfləyiblər.

Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenko Xocalını Azərbaycanın faciəsinin rəmzi adlandıraraq bildirib ki, ermənilərin Xocalını hədəf alması yalnız onun əlverişli coğrafi mövqeyi ilə deyil, həm də qədim və zəngin tarixi məkan olması ilə bağlıdır. O tezliklə ədalətin bərqərar olunacağına və bu soyqırımını törədənlərin layiqli cəzalarına çatacaqlarına inandığını da diqqətə çatdırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov Xocalı soyqırımı nəticəsində ölkəmizin başına gələn fəlakətin miqyasının təsəvvür edildiyindən də geniş olduğunu bildirib. Onun sözlərinə görə, bu gün də Xocalıda itkin düşən soydaşlarımızın bir çoxunun taleyi müəmmalı olaraq qalmaqdadır.

Gürcüstan Demoqraflar Cəmiyyətinin prezidenti Anzor Totadze bildirib ki, ermənilər tək türklərə və azərbaycanlılara qarşı deyil, digər xalqlara, o cümlədən gürcülərə qarşı da soyqırımları, qırğınlar həyata keçiriblər. O dediklərin misal olaraq Cavaxetiyada ermənilərin yerli əhaliyə qarşı törətdikləri qırğınlardan danışıb.

Xocalı üçün ədalət kampaniyasının Ankara təmsilçisi Gözde Kılıç Yasin də ermənilərin türklərin yaşadıqları ərazilərdə tarixən bir çox soyqırımları həyata keçirdiklərini bildirib.

Xocalı soyqırımını serblərin bosniyada həyata keçirdikləri soyqırımı ilə müqayisə edən G.K.Yasin qeyd edib ki, Balkan yarımadasındakı faciə ilə müqayisədə Xocalı soyqırımında ermənilərin öldürdükləri günahsız insanların meyitlərini belə təhqir etmələri bu soyqırımının daha böyük nifrətlə həyata keçirildiyini göstərir.

Bu günə qədər Xocalı faciəsini törədən şəxslərdən heç birinin cəzalandırılmamasına diqqət çəkən G.K.Yasin bunun sonradan dünyada yeni soyqırımlarının və oxşar faciələrin yaranmasına rəvac verdiyini söyləyib.

Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.

Babək Cahandarov

 

Paylaş:
637

Son xəbərlər

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13
Bütün xəbərlər