Aureliya Qriqoriu Bakıda təltif olundu
Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu “Mənim Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təltif olunub.
1news.az-ın məlumatına görə, A.Qriqoriu Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına, eləcə də xalqımıza qarşı soyqırımları həyata keçirmiş erməniləri ifşa etdiyinə görə “Azərbaycanın dostu” medalı ilə təltif olunub.
Ona verilən yüksək dəyərə görə təşəkkür edən A.Qriqoriu işin hələ başlanğıcında olduqlarını bildirib.
“Xocalı soyqırımının dünyada tanıdılması üçün hələ çox iş görməliyik. Ümid edirəm ki, tezliklə bu sahədə ciddi uğurlara nail olacağıq”- deyə, xanım Qriqoriu vurğulayıb.
Xatırladaq ki, 4 iyul 2013-cü il tarixində Ermənistan parlamentində Ümumavropa Konfransı keçirilən zaman A.Qriqoriu “Dondurulmuş münaqişə zonalarında insan haqlarının qorunması” mövzusunda məruzə ilə çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və azərbaycanlılara münasibətdə soyqırım həyata keçirdiyini bəyan etmişdi.
1news.az