İlham Əliyev Estoniya prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Estoniya prezidentini təbrik edib

18:32 - 23 / 02 / 2017
İlham Əliyev Estoniya prezidentini təbrik edib

Prezident İlham Əliyev Estoniya Respublikasının prezidenti  xanım Kersti Kalyulayda təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

1news.az

Paylaş:
660

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər