Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsiz olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsiz olacaq

13:20 - 24 / 02 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsiz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 25-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  767  mm civə sütunundan 759  mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Meteoroloqların xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında fevralın 26-sı gündüzdən 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi  gözlənilir.

Azərbaycanın rayonlarında isə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək.

1news.az

 

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər