Meksikada Xocalı soyqırımının 25-ci ildönümü anılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Meksikada Xocalı soyqırımının 25-ci ildönümü anılıb – FOTO

13:38 - 24 / 02 / 2017
Meksikada Xocalı soyqırımının 25-ci ildönümü anılıb – FOTO

Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake (Tlaxcoauqe) meydanında yerləşən “Xocalı Soyqırımı” monumenti qarşısında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş və “Xocalıya Ədalət” kampaniyasına dəstək olan tədbir keçirilib.

1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə çoxsaylı diplomatik korpus nümayəndələri, o cümlədən Misir, Ukrayna, Liviya, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri səfirləri, Türkiyə, Gürcüstan, Qazaxıstan və Pakistanın yüksək vəzifəli diplomatları, Meksikada yaşayan Azərbaycan icması və yerli əhali iştirak edib.

Tədbir “Xocalı soyqırımı” monumentinin qarşısına əklil qoyma mərasimi ilə başlanıb. Bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin onların xatirəsinə Tlakskoake kilsəsinin zəngi çalınıb.

Tədbir zamanı çıxış edən Respublikamızın Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov 26 fevral tarixində bütün dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı qətliamından 25 il keçdiyini qeyd edərək həmin günün Azərbaycanlıların könüllərində ən kədərli tarixlərdən biri olduğunu deyib. Həmin soyuq fevral gecəsi onlarla uşağın arzu və gələcəyinin vaxtsız qırıldığını, yüzlərlə günahsız həyatlara qəddarcasına son qoyulduğunu bildirən diplomat, bu faciənin qurbanlarına bütün bu əzabların verilməsinin yegənə səbəbinin onların sadəcə Azərbaycanlı olması olduğunu vurğulayıb.

Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən Azərbaycan təmsilçisi bildirib ki, bu ağlasığmaz dəhşətləri törədənlər ədalət qarşısında cavab verməlidir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir neçə il əvvəl başlanmış “Xocalıya Ədalət” beynəlxalq kampaniyası dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması üzrə böyük nailiyyətlər əldə edib. Xocalı qətliamı artıq bir neçə ölkə, o cümlədən Meksika, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

M.Talıbov Azərbaycanın qədim tolerantlıq ənənələri və sülhpərvərliyi ilə tanındığını, ölkəmizdə müxtəlif mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu sülh və əminamanlıq şəraitində yaşadığını və bu gün buna dövlət rəhbərliyi və xüsusilə də prezident İlham Əliyevin bilavasitə qayğı göstərdiyini diqqətə çatdırıb. Lakin bölgəmizdə sülhün bərqərar olması üçün ölkəmizə qarşı təcavüzün durdurulması, torpaqlarımızın işğalına son qoyulması və yüz minlərlə həmvətənlimizin öz doğma yurdlarına qayıtmalı olmasını vurğulayıb.

Meksikada Azərbaycan icmasının fəal nümayəndəsi, Mexiko Ştatı Simfonik Orkestrinin üzvü, Mexiko Milli Musiqi Konservatoriyası professoru Spartak Babayev çıxış edərək bu ağrı dolu günlərin canlı şahidi olduğunu söyləyib. O, Azərbaycan xalqının Xocalı qətliamının qurbanlarına ədalət tələb etdiyini və buna bir gün nail olacağımıza inandığını bildirərək bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləyən və yanımızda olan bütün dostlarımıza təşəkkürünü bildirib.

Bunun ardınca S.Babayev tanınmış Azərbaycan bəstəkarı Cövdət Hacıyevin əsərlərindən skripkada ifa etdi. 

Tədbirin sonunda iştirakçılara Xocalı qətliamı barədə kitab və disk, həmçinin 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan dinc əhalisinə qarşı törədilmiş silahlı təxribatların ağır nəticələri barədə kitablar paylanıb.

Qeyd edək ki, 26 fevral tarixində Tlakskoake kilsəsində Bazar günü xidməti zamanı Xocalı qətliamı qurbanlarının xatirəsi yad ediləcək, dua oxunacaq.

1news.az

 

Paylaş:
895

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər