Oqtay Əsədov: Xocalı soyqırımını törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək | 1news.az | Xəbərlər
Siyasət

Oqtay Əsədov: Xocalı soyqırımını törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək

14:16 - 24 / 02 / 2017
Oqtay Əsədov: Xocalı soyqırımını törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək

Xocalı soyqırımı xalqımızın ən böyük faciələrindən biridir. Bu faciə xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı siyasətlərindən biridir.

Bu siyasətin 200 ildən artıq yaşı var. Ötən əsrlərdən bəri erməni terrorçuları tərəfindən soydaşlarımıza qarşı dəhşətli soyqırımı cinayətləri törədilib. Milyonlarla soydaşımız öz yurd-yuvasından qovulub, deportasiya edilib.

Bu sözləri Xocalı soyqırımının 25 illiyinə həsr edilən plenar iclasda Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Oqtay Əsədov bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünya miqyasında tanınması üçün mühüm işlər görür. Bu işlərin həyata keçirilməsində Milli Məclisin də böyük rolu olub. Bunun nəticəsidir ki, onlarla ölkənin parlamentində Xocalı soyqırımı tanınıb, bu haqda müvafiq qərarlar qəbul edilib. Deputatlarımız bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini, o cümlədən Xocalı soyqırımını gündəmə gətirirlər.

 “Milli Məclis Xocalı soyqırımının 25 illiyinə həsr olunan yazılı materiallar hazırlayıb. Azərbaycan xalqı bu cür faciələri heç zaman unutmayacaq. Bu vəhşilikləri törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək. Azərbaycan Prezidenti bu istiqamətdə qətiyyətli siyasət yürüdür. Hər birimiz əminik ki, işğal altında olan hər bir qarış torpağımız tezliklə azad olunacaq”, - deyə Oqtay Əsədov qeyd edib.

AZƏRTAC

Paylaş:
516

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər