XİN: Avropa Parlamentinin deputatı olmaq heç kimə beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas vermir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Avropa Parlamentinin deputatı olmaq heç kimə beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas vermir

12:58 - 24 / 02 / 2017
XİN: Avropa Parlamentinin deputatı olmaq heç kimə beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas vermir

Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas və ya immunitet vermir.

1news.az-a XİN-dən verilən xəbərə görə, bu barədə mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılmış Frank Engelin Ermənistan mediasına və Yaromir Ştetinin Çexiya televiziyasına açıqlamasını şərh edərkən bildirib:

“Frank Engel, Yelen Teoxarus və Yaromir Ştetin kimiləri davamlı olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bötüvlüyünün pozulmasına çağırışlar edir və bu istiqamətdə əməli fəaliyyət həyata keçirir, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılmış qanunsuz rejimin və aqressiv separatizmin propaqandası ilə məşğul olur, dezinformasiya, etnik və dini zəmində nifaq və ayri-seçkilik yayırlar.

Bütün beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi halda, bu şəxslər Ermənistan və qondarma rejimlə əlbir olaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini pozmağa və qəsdən regionda onsuz da kövrək olan vəziyyəti gərginləşdirməyə çalışır və Ermənistanın xeyrinə lobbist fəaliyyət həyata keçirirlər.

Avropa Parlamenti üzvlüyündən sui-istifadə edərək onların bu kimi qanunsuz əməlləri ilk növbədə Avropa İttifaqının və Parlamentinin əsasını təşkil edən universal dəyərlərə ziddir.  

Bir milyondan artıq Azərbaycanlının qanlı etnik təmizlənməsinə, Xocalı soyqırımına göz yumaraq müəyyən maraqların və siyasi sifarişlərin müqabilində onların bu kimi təxribatçı və rasizm təmayüllü fəaliyyəti eləcə də Avropa seçicilərinə, Avropa Parlamentinə hörmətsizlik və vicdansızlıqdır. Təəssüflə qeyd etməliyik ki, bu kimi şəxslər öz qanunsuz əməlləri ilə geniş ictimai rəydə Avropa Parlamentinin nüfuzuna xələl gətirirlər.      

Azərbaycanın Avropa İttifaqı və üzv dövlətlərlə dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından daim narahat olan bu şəxslər Avropa İttifaqının özünün maraqları əleyhinə fəaliyyət göstərdiklərini əməlləri ilə sübut edirlər.

Barələrində cinayət işi açıldıqdan sonra indi bu şəxslərin öz qanunsuz əməllərinə “demokratiya” donu geyindirməyə və Avropa Parlamentinin çətiri altında gizlənməyə çalışmaları heç bir mənəvi-etik və hüquqi çərçivələrə sığmır.

Cinayət işi çərçivəsində ölkəmizin qanunları və qoşulduğumuz beynəlxalq sənədlər üzrə daşıdığımız öhdəliklərindən çıxış edərək bu şəxslərə münasibətdə zəruri hüquqi təqib addımları atılacaqdır”.

1news.az

Paylaş:
790

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər