Cəbhədə atışma davam edir: düşmən itki verərək geri çəkilib | 1news.az | Xəbərlər
Siyasət

Cəbhədə atışma davam edir: düşmən itki verərək geri çəkilib

10:32 - 27 / 02 / 2017
Cəbhədə atışma davam edir: düşmən itki verərək geri çəkilib

Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.

Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

1news.az

Paylaş:
709

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər