Şəhid hərbçimiz ata olmağa hazırlaşırdı... - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuzun şəhid olduğunu açıqlayıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, adları açıqlanan əsgərlərimizdən biri - Haşımlı Tural Əbdül oğludur.
Məlumata görə, o, kəşfiyyat bölük komandiri, baş leytenant olub. Turalın yaxınları onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı.
Aşağıda fotosu paylaşılan digər şəhidimiz isə 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğludur.
1news.az
7075