SAM-ın tədqiqatçıları dövlət-özəl əməkdaşlığın Azərbaycanda mövcud vəziyyətini araşdırıblar | 1news.az | Xəbərlər
İqtisadiyyat

SAM-ın tədqiqatçıları dövlət-özəl əməkdaşlığın Azərbaycanda mövcud vəziyyətini araşdırıblar

10:28 - 07 / 03 / 2017
SAM-ın tədqiqatçıları dövlət-özəl əməkdaşlığın Azərbaycanda mövcud vəziyyətini araşdırıblar

2016-cı ilin əvvəlində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) “Dövlət-Özəl Əməkdaşlığı. Asiyadan baxış: Azərbaycan üçün tövsiyələr” mövzusunda layihənin icrasına başlayıb.

1news.az-a SAM-dan verilən xəbərə görə, SAM-ın elmi işçisi Mahir Hümbətovun əsas elmi araşdırmalar mövzusu olan, həmçinin   Hindistandan olan və SAM-da qonaq elmi işçi qismində fəaliyyət gösətərən, Paris Beynəlxalq Münasibətlər Universitetinin Beynəlxalq iqtisadi əlaqələr üzrə magistr tələbəsi Nikita Sinqlanın birgə tədqiqat işində Yaponiya, Çin, Hindistan, Koreya, Malayziya və digər inkişaf etmiş və inkişaf etməkdə olan Asiya ölkələri nümunəsində milli iqtisadiyyatın dövlət və özəl sektorları arasında tərəfdaşlıq münasibətləri və bu əməkdaşlığın müsbət təcrübəsi öyrənilib.

Azərbaycanda bu mövzuda ilk tədqiqat işi olan layihənin icrası zamanı həmin qarşılıqlı fəaliyyəti tənzimləyən yerli normativ - hüquqi bazalar, birgə infrastruktur layihələrinin maliyyələşdirilməsi yolları, dövlət şirkətlərinin idarə olunması təcrübəsi, bu ölkələrdə özəlləşdirmə prosesi, həmçinin hər iki sektorun əməkdaşlığı nəticəsində əldə edilmiş iqtisadi nailiyyətlər, yaranan problem və çətinliklərin səbəbləri araşdırılıb.

Qeyd etmək lazımdır ki, bu ölkələrin tədqiqat obyekti kimi seçimində bir sıra mühüm amillər – bu tipli əməkdaşlıq formasının tətbiqi metodologiyası, həmin dövlətlərdə iqtisadiyyatın idarə olunması prinsipləri, coğrafi mövqe, özəl sektorun inkişaf tempi, maliyyə sistemi və s. kimi xarakterik xüsusiyyətlərin Azərbaycan Respublikasındakı analoji göstəricilərə yaxınlığı, bu dövlətlərin iqtisadi strategiyası, xarici investisiyaların cəlb olunmasına yönəlik siyasəti, monitorinq qaydaları və s. nəzərə alınıb.

Bundan başqa, dövlət və özəl sektorlar arasında tərəfdaşlığın tip və tətbiq mexanizmləri, onların üstün və zəif cəhətləri, dövlət şirkətlərinin idarə edilməsində özəl sektorun iştirakı, beynəlxalq maliyyə institutlarının neoliberal mövqeyinin möhkəmlənməsi nəticəsində adı çəkilən ölkələrdə milli iqtisadiyyatda dövlət sektorunun rolunun azaldılması və s. məsələlərə də toxunulub.

Tədqiqatçılar əldə olunan nəticələrin müqayisəli təhlilini aparıb, bu təcrübənin Azərbaycanda tətbiqinin yerli iqtisadiyyatın inkişafına təsiri ilə bağlı proqnoz və tövsiyələr təqdim ediblər. Bununla yanaşı, dövlət-özəl əməkdaşlığın Azərbaycanda mövcud vəziyyəti, çatışmayan tərəfləri və üstünlükləri, iqtisadiyyatın hansı sahələrinin bu prinsiplərə cəlb olunması kimi məsələlər də araşdırılıb.

Neft qiymətlərinin aşağı həddə olduğu və qeyri-neft sektorunun inkişaf etdirilməsinin hədəf qoyulduğu bir dövrdə dövlət-özəl əməkdaşlığının ölkəmizdə səmərəli tədbiqi və bunun uçun əlverişli mühitin formalaşması kimi mövzular tətqiqat işində öz əksini tapıb.

1news.az

 

Paylaş:
807

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər