Babək prospektində qəza: yolda tıxac yaranıb | 1news.az | Xəbərlər
Rəsmi

Babək prospektində qəza: yolda tıxac yaranıb

20:02 - 12 / 03 / 2017
Babək prospektində qəza: yolda tıxac yaranıb

Axşam saatlarında paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

Hadisə yerinə 2 təcili yardım maşını və yol polisi cəlb edilib. Prospektin şəhər istiqamətində hərəkət hissəsində hazırda tıxac yaranıb.

Qəza törətmiş avtomobillərin ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülür.

1news.az

Paylaş:
952

Son xəbərlər

Bütün xəbərlər