Mehriban Əliyevanın tapşırıqlarının icrası ilə bağlı Səbail rayonunda görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyevanın tapşırıqlarının icrası ilə bağlı Səbail rayonunda görüş keçirilib – FOTO

13:53 - 13 / 03 / 2017
Mehriban Əliyevanın tapşırıqlarının icrası ilə bağlı Səbail rayonunda görüş keçirilib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş ilk müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilib.

1news.az-ın məlumatına görə, rayon rəhbərliyi, qaçqın rayonların İcra Hakimiyyətlərinin Səbail üzrə nümayəndələrinin, məcburi köçkünlərin nümayəndələrinin iştirakı ilə baş tutan görüşü açın elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş müşavirə barədə məlumat verib.

Qeyd edilib ki, son illərdə doğma yerlərindən didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə bağlı ölkə prezidenti İlham Əliyev tərəfindən çox böyük işlər həyata keçirilib, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərindən biri olub.

Öz dərin intellekti və biliyi, nəcib əməlləri ilə  dünya ictimaiyyətinə yaxşı tanış olan, Prezident İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin olunmasından sonra keçirdiyi ilk müşavirənin məhz məcburi köçkünlərin problemlərinin aradan qaldırılması məsələlərinə həsr olunması bir daha sübüt edir ki, bu gün Azərbaycan dövlətinin siyasətinin ən mühüm  istiqamətlərindən biri ağır sosial vəziyyətdə yaşayan insanlara kömək etməkdən ibarətdir. 

Bildirilib ki, RİH-də yaradılan işçi qrup tərəfindən qısa müddət ərzində rayondakı məskunlaşma yerlərinə baxış keçirilib, qəzalı və yararsız şəraitdə olan məskunlaşma yerləri müəyyən olunub, buradakı şəraitin yaxşılaşdırılması və digər məsələlərlə bağlı rayon xidmətlərinə müvafiq tapşırıqlar verilib. 

Eyni zamanda məcburi köçkünlərin işlə təmin olunması məqsədi ilə rayonun idarə və təşkilatlarında, şirkətlərdə, tikinti sahələrində 100-dən çox vakant iş yeri müəyyənləşdirilib və onların siyahısı məcburi köçkünlərə təqdim olunub.

Müşavirədə bildirilib ki, taşşırıqların icrası kampaniya xarakterli deyil, daimi olacaq və yerlərdə artıq bu işlərə başlanıb. 

1news.az

Paylaş:
537

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər