SOCAR istiqrazı sahiblərinin gündəlik qazancı – AÇIQLANDI | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR istiqrazı sahiblərinin gündəlik qazancı – AÇIQLANDI

12:28 - 13 / 03 / 2017
SOCAR istiqrazı sahiblərinin gündəlik qazancı – AÇIQLANDI

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün dollarla buraxdığı SOCAR istiqrazları öz sahiblərinə hər gün gəlir gətirir. Nominal qiyməti 1000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir.

1news.az-a şirkətdən verilən xəbərə görə, Faiz gəlirləri hər gün üçün hesablandığına görə, hər bir istiqraz sahibi gündə təxminən 0,14 dollar qazanır. 

SOCAR İstirazlarının buraxılışından təqribən 5 ay müddətin keçdiyini nəzərə alsaq, hər bir istiqraz öz sahibinə indiyədək 21 dollar gəlir qazandırıb. Bir ilin tamamında bu məbləğ 50 dollar olacaq.

İstiqraz sahibləri bu pulun 12,5 dollarını yanvarın 17-də ilk faiz ödənişi zamanı alıblar. Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

SOCAR İstiqrazlarının qiyməti də artmaqdadır. Bu kağızlar üzrə marketmeyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkətindən verilən məlumata görə, SOCAR İstiqrazlarının satış qiyməti 1 007-1 008 dollara yüksəlib.

Bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir.

SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

Mövzu ilə əlaqədar oxuyun:       

SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI

SOCAR-dan yeni investisiya imkanı

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

1news.az

Paylaş:
651

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər