Bakı-Şamaxı avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Şamaxı avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

14:30 - 14 / 03 / 2017
Bakı-Şamaxı avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

1news.az Azəravtoyol ASC-yə istinadən xəbər verir ki, mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq.

Alternativ yol olaraq, nəqliyyat vasitələri  Hacı Zeynalabdin Tağıyev – Sahil avtomobil yolundan istifadə etməklə Bakı - Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

1news.az

Paylaş:
913

Son xəbərlər

Bütün xəbərlər