Jan-Fransua Mansel: Ermənistan silah gücünə Dağlıq Qarabağı işğal edib | 1news.az | Xəbərlər
Siyasət

Jan-Fransua Mansel: Ermənistan silah gücünə Dağlıq Qarabağı işğal edib

15:20 - 14 / 03 / 2017
Jan-Fransua Mansel: Ermənistan silah gücünə Dağlıq Qarabağı işğal edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fransaya səfəri ilə bağlı Fransa parlamentinin üzvü, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel bəyanatla çıxış edib.

1news.az-a həmin bəyanatı diqqətinizə çatdırır:

“Azərbaycan və Ermənistan arasında sülh və həqiqət naminə

Respublika Prezidentinin dəvəti ilə Ermənistan və Azərbaycan prezidentlərinin ölkəmizə ardıcıl səfərləri bəzi həqiqətləri tam qərəzsiz şəkildə xatırlatmaq və bir arzumu ifadə etmək üçün bir fürsətdir.

Öncə həqiqətlər barədə.

1991-1992-ci  illərdə Ermənistan silah gücünə Dağlıq Qarabağ vilayətini və Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edən 7 rayonunu işğal etmişdir. Bu işğal 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dörd dəfə pislənmişdir. İşğal nəticəsində bir milyona yaxın mülki azərbaycanlı hər şeylərini itirmiş və bir daha öz doğma torpaqlarına qayıda bilməyən bu insanlar bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqdadırlar. Ən dəhşətlisi isə odur ki, Ermənistan 1992-ci il fevralın 26-da  614 nəfər mülki şəxsin - kişi, qadın və uşaqların vəhşicəsinə qətlə yetirilməsinə səbəb olan Xocalı soyqırımını törədib. Bunu bir qədər sonralar Ermənistanın prezidenti olmuş Serj Sarkisyan 2000-ci ildə belə etiraf etmişdi:

“Xocalı hadisələrindən əvvəl azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat edə bilərdilər, onlar ermənilərin mülki əhaliyə hücum edəcəyinə inanmırdılar. Biz bu inamı (stereotipi) qıra bildik. Baş verənlərin hamısı çox yaxşıdır.”

Beləliklə, nə qədər  güclü olsalar da, Fransadakı erməni diasporunun nümayəndələri işğalçıları “işğala məruz qalmışlar” kimi, cəlladları isə “məsum qurbanlar” kimi qələmə verərək həqiqətə başqa don geyindirə bilməzlər!

Azərbaycanda demokratiya ilə bağlı  tənqidi fikirlər səsləndirənlər hansı haqla hakimiyyətin seçki ilə formalaşdığı, hələ 1918-ci ildə qadınlara seçki hüququ vermiş, 1998-ci ildə ölüm hökmünü ləğv etmiş, başqa yerlərdə bir-birini didib dağıdan sünnü və şiə müsəlmanların xristianlar və yəhudilərlə bir arada harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşamını təmin edən   müstəqil bir dövlətə bu qədər lovğalıqla dərs vermək istəyirlər? Bütün bu nailiyyətlər üçün hamı Prezident Əliyevə borcludur.

Nəhayət, bir arzumu da bəyan etmək istəyirəm.

Ermənistanda yaşayan ermənilərin həyatı onların daim  köç etdikləri Parisli “vəkillərinin” həyatına nisbətən çox ağırdır. Bu barədə düşünməyin vaxtı deyilmi?

Yüz minlərlə azərbaycanlı ailələrin öz ev-eşiklərinə qayıtmasına imkan yaratmağın vaxtı deyilmi?  Hər il hər iki tərəfdən tökülən qanlara və axıdılan göz yaşlarına son qoymağın vaxtı deyilmi?

Hər şeyə rəğmən, hər iki ölkə ilə saxladığı daimi əlaqələr və beynəlxalq ictimaiyyətin ona etibar etdiyi vasitəçilik rolu sayəsində Fransa bu işə öz töhfəsini verə bilər. Hərəkətə keçməyin vaxtı çatmışdır”.

1news.az

 

Paylaş:
476

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər