Azərbaycanla Pakistanın hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Pakistanın hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib – FOTO

17:01 - 14 / 03 / 2017
Azərbaycanla Pakistanın hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib – FOTO

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrini ziyarət edib.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əvvəlcə HDQ komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Pakistan nümayəndə heyəti HDQ-nin ərazisi, təminat bazası ilə tanış olduqdan sonra brifinq təqdim olunub.

1news.az

Paylaş:
838

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər