Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

17:56 - 14 / 03 / 2017
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 14-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, bölgə üçün vacib əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

1news.az

Paylaş:
369

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər