ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb

13:08 - 15 / 03 / 2017
ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb

ATƏT-in bu gün Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq aparacaqlar.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər