Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu dəqiqləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu dəqiqləşib

19:18 - 15 / 03 / 2017
Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu dəqiqləşib

Keçən il dekabrın 15-də Xəzərdə estakadada baş verən bədbəxt hadisə nəticəsində itkin düşən neftçilərin axtarışı ilə bağlı yaradılan Axtarış-xilasetmə Qərargahı yeni məlumat yayıb.

Qərargahdan 1news.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış – xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 13 – də aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1970 – ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğluna məxsus olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

1news.az

 

Paylaş:
486

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər