Yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi davam edir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi davam edir – FOTO

11:39 - 15 / 03 / 2017
Yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi davam edir – FOTO

Abşeron yarımadasının şimal hissəsində yerləşən 12,7 kilometr uzunluğunda yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi işləri “Azəravtoyol” ASC tərəfindən davam etdirilir.

1news.az-ın ASC-yə istinadən verdiyi xəbərə görə, layihəyə uyğun olaraq iki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində piyada səkilərinin də tikintisi aparılır.

Hazırda yolda torpaq işləri görülür, yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri aparılır. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min poqonmetr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd olunub ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərəcək.

Həmçinin nəzərə çatdırılıb ki, hazırda Novxanı-Pirşağı avtomobil yoluna birləşən və uzunluğu 14 kilometr olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun da tikintisi aparılır.

1news.az

Paylaş:
629

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər