Paxlava, xaş, “Köçəri” ... ermənilər Azərbaycan mədəniyyətini mənimsəməkdə davam edir | 1news.az | Xəbərlər
Siyasət

Paxlava, xaş, “Köçəri” ... ermənilər Azərbaycan mədəniyyətini mənimsəməkdə davam edir

12:10 - 15 / 03 / 2017
Paxlava, xaş, “Köçəri” ... ermənilər Azərbaycan mədəniyyətini mənimsəməkdə davam edir

Ermənistanın Azərbaycan milli mədəniyyətinin bir çox elementlərini “doğma erməni” adı altında təqdim etmək cəhdləri bitmək bilmir.

Belə ki, müntəzəm olaraq Azərbaycanın milli rəqsi, xörəyi, musiqi aləti və digər şeylərinə beynəlxalq meydanlarda erməni mədəni irsi kimi rast gəlirik.

Bununla bağlı son zamanlar internet media məkanda müxtəlif sahələrdə bir neçə məlumat meydana çıxıb.

Deməli Rusiyanın Sputnik informasiya agentliyinin İrəvan filialında xəbər verilir ki, Rusiyanın Krasnodar vilayətində hərbi erməni rəqslərinin xoreoqrafiya məktəbi açılıb. Burada “qədim erməni” rəqsi olan  “Köçəri” öyrədilir.

Burada qeyd etmək yerinə düşər ki, hələ 2015-ci ilin dekabrında YUNESKO “Köçəri” rəqsinin erməni mədəni irsi kimi tanınmasında Ermənistanın arayışından imtina etdi.

Azərbaycanın Müəllif  Hüququları Agentliyi ermənilərin Azərbaycan mədəni irsinin mənimsənilməsi cəhdləri ilə bağlı dəfələrlə bəyanatla çıxış edib.

2015-ci ilin iyununa aid belə bir bəyantlardan birində deyilir:

“Ermənilər uzun illər boyu Azərbaycan xalqına məxsus musiqi əsərlərini, folklor nümunələrini, eləcə də digər qeyri-maddi mədəni irs nümunələrini oğurlayaraq özününkü kimi təqdim edir”.

Eləcə də YUNESKO-ya göndərilən bəyanatlar birinci cəhd deyil: “Köçəri” Azərbacan rəqsi “Avroviziya-2011” mahnı müsabiqəsinin finalında da erməni rəqsi olaraq təqdim edilmişdi.

Elə həmin Sputnik-də martın ortasında material dərc edildi ki, Rusiyanın Birinci kanalında yayımlanan kulinariya şousunda iştirak edən erməni Milana Melkumova Azərbaycan paxlavasını bişirərək münsiflər heyətinə erməni milli xörəyi kimi təqdim edir. Həmçinin qeyd olunur ki, münsiflər Milananın işini yüksək qiymətləndirir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru, baş kulinar Tahir Əmiraslanov bununla bağlı 1news.az-a qeyd edir:

“Hansısa evdar qadının televiziya şousunda nəsə bişirməsi nəyisə sübut etmir. Ola bilər ki, ona elə gəlir ki, Ermənistanda nəsə bişirilirsə, deməli bu, erməni yeməyidir. Eləcə də Ermənistanda borş bişirlərsə, deməli bu, erməni borşudur. Ölkəmizdə də bir çox ailələrdə borş bişirilir. Lakin biz bunu bütün dünyaya Azərbaycan xörəyi kimi təqdim etmirik”.

Bundan əlavə, son günlərdə Sputnik-də ispan şef-aşpaz Santano Lopeslə müsahibə dərc edilir. Lopes erməni xanımla ailəlidir və üç ildir ki İrəvanda yaşayır. Müsahibədə o, Ermənistandakı həyatının bir çox tərəflərindən danışır. Xüsusi olaraq kulinariya həvəslərindən bəhs edir.

Qondarma “erməni milli xörəklərindən” Santano Lopesin daha çox xoşuna gələn üzüm yarpağından dolma, xaş və kabab olur.

T.Əmiraslanov qeyd edir ki, XVII əsrdən XX əsrədək ümumi olaraq erməni dilinin 6 “İzahlı lüğəti” dərc edilib ki, burada “dolma” və ya ona oxşar sözə rast gəlinmir. Eləcə də bu kitablarda, “xaş” və ya “paxlava” sözlərinə də rast gəlinmir:

 “Rəqs, xörək və geyim – bu üç faktor insanın milli mənsubiyyətini müəyyən edir. Ermənilər də özlərini müəyyən etmək üçün hər ölkədən bir şey toplayırlar”.

2014-cü ildə Ermənistanın tarixində lavaşın hazırlanmasının da özlərinki kimi təqdim edilməsi böyük səs-küyə səbəb olmuşdu. Belə arayış YUNESKO-un qeyri-maddi mədəni irsinin mühafizəsi üzrə Hökümətlərarası komitənin müzakirəsinə verilmişdi.

YUNESKO-nun Komitəsi ermənilərin bu arayışını lavaşın məhz erməni milli mətbəxinə birbaşa aiddiyyatı olmadığı və yalnız Ermənistanda yayılmaması səbəbindən qəbul etmədi. Həmçinin qeyd edilib ki, hansısa xörəyin Ermənistan ərazisində bişirilməsi bunun erməni milli mətbəxinə aid olduğunu göstərmir.

İki il sonra, 2016-cı ilin noyabrında analoji arayış YUNESKO-ya Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyənin də olduğu bir qrup ölkələr tərəfindən verilib. Arayış təsdiq edilib. Və lavaşın bişirilməsi bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına salınıb.

1news.az

Paylaş:
2398

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər