Bakıda gənc yazar intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gənc yazar intihar edib

16:17 - 16 / 03 / 2017
Bakıda gənc yazar intihar edib

Bakıda intihar hadisəsi baş verib.

1news.az-ın Binəqədi rayon Prokurorluğuna istinadən verdiyi xəbərə görə, hadisə 7-ci mikrorayonda, Axundov küçəsində qeydə alınıb.

Binəqədi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M. Abdullayev hadisə yerində ölüb.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qohumlarının APA-ya verdiyi məlumata görə, intihar edən M. Abdullayev gənc yazardır. O, ədəbi aləmdə Mövlud Mövlud imzası ilə tanınıb.

1news.az

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər